Qərbin Ukraynaya yardımı 160 milyard dolları ötüb

13:58 - 9 Avqust 2023 - DÜNYA

NATO, Avropa İttifaqı və onların tərəfdaşlarından Ukraynaya yardımın ümumi məbləği 160 milyard dolları ötüb

Ucnoqta.az xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib. 
“Ötən fevral ayından Ukrayna yüzlərlə tank, 4000-dən çox zirehli döyüş maşını və zirehli texnika, 1100-dən çox səhra artilleriya qurğusu, həmçinin Qərb istehsalı olan onlarla müasir reaktiv yaylım atəşi sistemi və zenit-raket kompleksi alıb. Ümumilikdə NATO, Avropa İttifaqı və onların tərəfdaşlarından yardımın həcmi 160 milyard dolları keçib”, - Şoyqu bildirib.

Xəbər xətti