Türkiyənin ən güclü silahı sınaqdan keçirilir: 850 km sahədə ...

13:06 - 9 Avqust 2023 - DÜNYA

Türkiyə müdafiə sənayesində kritik addımlar atmağa davam edir.

Ucnoqta.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin inventarındakı ən güclü silahlardan biri kimi tanınan HİSAR-U (Sipər) raketinin bu həftə 850 kilometrlik sahədə sınaqdan keçirilməsi gözlənilir.

Qara dənizdə 850 kilometrlik bir ərazidə NAVTEX/NOTAM elan edildikdən sonra gözlər sınaqdan keçirilməsi gözlənilən HİSAR-U (SIPER) raketinə yönəlib. Türkiyənin müdafiə sənayesindəki kritik addımlarından biri olan HİSAR-U (SIPER) sayəsində səma sərhədləri yerli və milli qaynaqlarla istehsal edilən texnologiyalarla qorunacaq. ASELSAN və ROKETSAN-ın əməkdaşlığı ilə istehsal edilən HİSAR-U (SIPER) raketinin bu həftə Qara dənizdə sınaqdan keçirilməsi gözlənilir.

Xəbər xətti