ABŞ dövlət katibinin keçmiş müavini Tayvana səfər edəcək

12:55 - 9 Avqust 2023 - DÜNYA

ABŞ dövlət katibinin iqtisadi artım, enerji təhlükəsizliyi və ətraf mühit üzrə keçmiş müavini Keyt Krak avqustun 9-dan 12-dək Tayvana səfər edəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə adanın Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.

Hazırda İndiana ştatının Purdue Universitetində Krak Texnoloji Diplomatiya İnstitutunun sədri vəzifəsində çalışan Krak səfər zamanı rəsmi şəxslər, texnologiya rəhbərləri və akademik dairələrlə görüşəcək.

Agentlik institutun bəyanatına istinadən bildirib ki, səfər iqtisadi, elmi və texnoloji əlaqələri gücləndirmək məqsədi daşıyır. Krak X sosial şəbəkəsində yazıb ki, səfərin məqsədi özəl sektorla əlaqələri gücləndirməkdir.///tass

Xəbər xətti