Erez keçid məntəqəsi vasitəsilə Qəzza zolağına 10 kəşfiyyat pilotsuz təyyarəsinin keçirilməsi cəhdinin qarşısı alınıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Müdafiə Nazirliyi qeyd edib ki, nəqliyyat vasitəsinə baxış keçirərkən içərisində pilotsuz uçuş aparatları olan çanta aşkar edilib. Mətbuat xidməti əlavə edib ki, təhlükəsizlik xidmətləri insidentlə bağlı araşdırma aparır.