ABŞ hakimiyyəti bu həftə Ukraynaya yeni hərbi yardım paketini açıqlayacaq
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib. Onun sözlərinə görə, Birləşmiş Ştatlar bu həftə Ukraynaya yeni hərbi yardım paketini açıqlayacaq.
“Biz Ukraynanı artilleriya və silahlarla təmin etməyə davam edirik. Bu həftənin sonunda Ukraynaya çatdırmağı planlaşdırdığımız əlavə yardımla bağlı yeni elanlarımız olacaq”, - Miller bildirib.
Brifinq çərçivəsində o, yeni yardım paketinin məzmunu, həmçinin Vaşinqton və Kiyev tərəfindən müzakirə edilən mümkün yeni raket sistemləri barədə təfərrüatları açıqlamaqdan imtina edib.