Afrika ölkələri Nigerə 25,000 əsgər göndərməyi planlaşdırır
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, Nigeriya Nigeri işğal etmək üçün 25,000 əsgərin yarısından çoxunu təmin edə bilər və Seneqal, Benin və Kot-d'İvuar da iştirak edə bilər.
"Nigeriya hələ də əməliyyatın aparıcı qüvvəsi olmaqda qərarlıdır. Lazım gələrsə, qoşunların yarıdan çoxunu təmin edəcək", - radiostansiya adı açıqlanmayan Nigeriya rəsmisinə istinadən bildirib.
Qeyd olunur ki, müdaxilə planı 25 min nəfərlik kontingentin iştirakını nəzərdə tutur.