Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Olunması Xidmətinin əməkdaşları dağlıq Raça bölgəsindəki Şovi kurortunda torpaq sürüşməsi nəticəsində ölən daha bir nəfərin cəsədini aşkar ediblər.
Ucnoqta.az xəbər verir ki, Fövqəladə Hallar Xidmətinin rəhbəri Teymuraz Mqebrişvili jurnalistlərə bildirib ki, təbii fəlakət qurbanlarının ümumi sayı 19 nəfərə çatıb.
Xatırladaq ki, avqustun 3-də Şovidə irimiqyaslı sürüşmə baş verib. Sürüşmə nəticəsində 15 nəfər itkin düşmüş hesab olunur. Körpülərə, yollara, turist kotteclərinə və “Sunset Shovi” otelinə ziyan dəyib.