Madriddə kütləvi dava - 11 nəfər xəsarət alıb

11:48 - 8 Avqust 2023 - DÜNYA

Madriddə baş verən kütləvi davada ən azı 11 nəfər xəsarət alıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə şəhərin fövqəladə hallar xidməti X sosial şəbəkəsində məlumat yayıb.

Məlumata görə, həkimlər üzlərində, qollarında və ayaqlarında kəsiklər olan 11 nəfərə tibbi yardım göstəriblər. 

Qeyd edilir ki, 21-25 yaşlarında olan 9 gənc və iki qız yaralanıb. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

Xəbər xətti