Argentinalı futbolçu Lionel Messi klub tarixində Amerikanın “İnter Mayami” klubunun ən yaxşı 4 bombardiri sırasına daxil olub.
Ucnoqta.az xəbər verir ki, argentinalının hazırda klubda keçirdiyi 4 oyunda 7 qolu var. Messi MLS+MX Liqa Kubokunun 1/8 finalında “Dallas”la görüşdə dubl edib.
Bu, ona Jozef Martinez, Lyuis Morqan və Rodolfo Pizarro ilə bərabər, komandanın bombardiri siyahısında dördüncü yerə yüksəlməyə imkan verib.
“İnter Mayami”nin bombardiri 29 qolla Qonzalo İquaindir. Bu göstəricidə ikinci yeri Leonardo Kampana (16) tutur. İlk üçlüyü Robert Teylor (8) qapayır.