Hindistan hərbi PUA istehsalçılarına Çin hissələrini istifadə etməyi qadağan edib

10:40 - 8 Avqust 2023 - DÜNYA

Hindistan təhlükəsizlik zəiflikləri ilə əlaqədar olaraq hərbi pilotsuz uçuş aparatları (PUA) istehsalçılarına Çin hissələrini istifadə etməyi qadağan edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Reuters” müdafiə və sənaye müəssisələrinin nümayəndələrinə istinadən məlumat yayıb.

Bu addım Yeni Dehlinin pilotsuz təyyarələrdən istifadəni artırmaq üçün davam edən hərbi təkmilləşdirmələri fonunda atılıb. Qeyd olunur ki, Hindistan təhlükəsizlik rəsmiləri kəşfiyyat məlumatlarının toplanmasına kameralar, radio ötürücü sistemlər və dron əməliyyat proqramları da daxil olmaqla Çindən gələn təfərrüatlar tərəfindən təhlükə yarada biləcəyindən narahatdırlar.

Xəbər xətti