Rusiya yaşayış binasını raketlə vurdu - 7 ölü və 67 yaralı

08:50 - 8 Avqust 2023 - DÜNYA

Avqustun 7-də axşam Rusiya ordusu Donetsk vilayətinin Pokrovsk şəhərində çoxmərtəbəli yaşayış binasını raketlə vurublar.

Ucnoqta.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, 7 ölü və 67 yaralı var.
Məlumata görə, yaralananlardan 29-u polis əməkdaşı, 7-si xilasedici və 2-si uşaqdır. Səhər saatlarında dağıntıların çıxarılmasına yenidən başlanılıb.

Bildirilir ki, ilk partlayışdan sonra insanlar küçəyə çıxıb və dağıntıları təmizləməyə başlayıblar. Bir müddət sonra ikinci raket qonşu binaya düşüb.

Xəbər xətti