Yaponiyada qasırğa səbəbindən 157 min insan təxliyə edilir

08:17 - 8 Avqust 2023 - DÜNYA

Yaponiyanın cənub-qərbində yerləşən Miyazaki prefekturasında Kanun qasırğasının təsiri ilə əlaqədar ən azı 157 min insana evlərini tərk etmək və təxliyə mərkəzlərinə köçmək tövsiyə olunub.

Ucnoqta.az xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Məlumata görə, ölkənin cənubunda bir həftədən artıqdır davam edən tropik tufan Okinava və Kyuşu adalarında güclü yağışlara səbəb olub. Hava proqnozlarına görə, bəzi rayonlarda yağıntının intensivliyi sutkada 300-400 mm-dir. Bu, sürüşmə, daşqın, çayların sahillərini aşması təhlükəsinə səbəb olur.

Xəbər xətti