Kadırov Ukraynaya yeni könüllülərin göndərildiyini açıqlayıb

20:28 - 7 Avqust 2023 - DÜNYA

Ukraynaya yeni könüllülər qrupu göndərilib

Ucnoqta.az xəbər verir ki, Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov öz Telegram kanalında yeni könüllülər qrupunun Qroznı Beynəlxalq Hava Limanından xüsusi hərbi əməliyyat zonasına uçduğunu bildirib.

“Hərbi hazırlığın hərbçinin həyatında mühüm rol oynadığını, onun uğuru və xidmət zamanı təhlükəsizliyi üçün böyük əhəmiyyət daşıdığını dərk edərək, biz bütün döyüşçülərə Rusiya Xüsusi Təyinatlı Qüvvələr Universitetində hərbi kurslar keçmək imkanı yaratmışıq” - Kadırov yazıb.

Çeçenistan liderinin sözlərinə görə, hərbi təlim prosesində könüllülər nizam-intizam, ünsiyyət, stressə davamlılıq və komandada işləmək bacarığı kimi keyfiyyətlərə yiyələniblər. Onlar həmçinin müxtəlif növ atıcı silahlar, qumbaralar, döyüş sursatları və digər hərbi texnika ilə necə davranmağı öyrəniblər”, - deyə o bildirib.

Xəbər xətti