Rusiyanın xarici işlər naziri Sergey Lavrov çinli həmkarı Vanq Yi ilə telefon danışığı aparıb
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya diplomatik departamentinin məlumatında deyilir. Lavrov onu Çin Xarici İşlər Nazirliyinin rəhbəri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.
Söhbət zamanı Lavrov və Vanq Yi Qərb blokunun Rusiya və Çinə qarşı qarşıdurma siyasətindən, eləcə də iki ölkənin inkişafını sanksiyalar vasitəsilə cilovlamaq cəhdlərindən imtina etdiklərini bildiriblər.