Almaniya “Taurus” uzaqmənzilli raketlərini Ukraynaya ötürməyə hazırdır
Ucnoqta.az xəbər verir ki, bu barədə Ali Radanın NATO Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Yeqor Çernev deyib. Çernev bildirib ki, bu raketlər 500 km məsafəni qət edir və bütün işğal olunmuş əraziləri əhatə etmək iqtidarındadırlar.
“Biz uzun müddət Almaniya parlamentariləri ilə dəstək qrupu yaratmaq üçün işlədik və indi nəhayət, buzlar qırıldı" - o, qeyd edib.