Fransanın milli aviadaşıyıcısı “Air France” Niger, Burkina Faso və Mali paytaxtlarına uçuşları dayandırmaq qərarına gəlib.
Ucnoqta.az xəbər verir ki, bu barədə BFMTV telekanalı aviaşirkətin nümayəndələrinə istinadən məlumat yayıb.
Telekanalın məlumatına görə, Niameyə uçuşlar növbəti xəbərdarlığa qədər dayandırılıb, Uaqaduqu və Bamakoya uçuşlar isə avqustun 11-dək ləğv edilib.
Aviaşirkət onu da aydınlaşdırıb ki, Niger üzərində hava məkanının bağlanması səbəbindən uçuş planlarına yenidən baxmaq məcburiyyətində qalıb ki, bu da Afrikanın bir neçə ölkəsinə uçuşların müddətini 15 dəqiqədən iki saata qədər artıracaq.