Daha 22 ukraynalı əsir azad edilib

13:36 - 7 Avqust 2023 - DÜNYA

Rusiya daha 22 ukraynalı hərbçini Ukraynaya təhvil verib

Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti ofisinin rəhbəri Andrey Yermak bildirib. Onun sözlərinə görə, onların arasında müxtəlif ərazilərdə döyüşlərdə iştirak etmiş 2 zabit, sıravi hərbi qulluqçu və çavuş da var. Azad edilən ukraynalılar arasında yaralılar da var.

Qeyd edilir ki, sərbəst buraxılanların hamısı tibbi mütəxəssislərin dəstəyi ilə fiziki və psixoloji reabilitasiya, reinteqrasiya kursundan keçəcək və lazımi müalicəni alacaqlar.

Xəbər xətti