İsrail Dəməşqə hava zərbələri endirib

13:19 - 7 Avqust 2023 - DÜNYA

İsrail Hərbi Hava Qüvvələri Dəməşq ətrafında gecə hücumu zamanı Suriya ordusunun tərəfində vuruşan şiə birləşmələrinin hərbi hədəflərinə hücum edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Dubaydan yayımlanan “Al Hadath” telekanalı məlumat yayıb.

Məlumata görə, raket hücumu nəticəsində düşmən Dəməşq beynəlxalq hava limanı və Dimas aerodromunun ərazisində, eləcə də Əl-Kisva şəhərinin qərb kənarında yerləşən hərbi texnika və sursat anbarlarına zərbələr endirib. Nəticədə 6 döyüşçü həlak olub, daha 7-si yaralanıb.///tass

Xəbər xətti