İran Rusiyaya PUA tədarükünü təkzib edib

13:06 - 7 Avqust 2023 - DÜNYA

İranın xarici işlər naziri Rusiyaya pilotsuz təyyarələrin tədarükü ilə bağlı məlumatları təkzib edib

Ucnoqta.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Əmir Hüseyn Abdollahian Tokioda yaponiyalı həmkarı Yoşimasa Hayaşi ilə danışıqlar aparacağı mətbuat konfransında bildirib. İranın xarici işlər naziri Rusiyaya pilotsuz təyyarələrin tədarükü ilə bağlı iddiaları rədd edərək, qeyd edib ki, məhz Qərbin Ukraynaya silah verməsi münaqişənin dərinləşməsinə və daha da dağıntılara səbəb olur.

“Ukraynadakı münaqişə zamanı biz heç vaxt Rusiyaya İranın pilotsuz təyyarələrini və ya silahlarını verməmişik. Məhz Avropa və Amerikanın silah tədarükü daha çox dağıntılara və qırğınlara səbəb olur”, - o, əlavə edib.

Xəbər xətti