Aİ bəzi missiyalarını Nigerdən təxliyə etmək niyyətində deyil

12:58 - 7 Avqust 2023 - DÜNYA

Avropa İttifaqı icma vətəndaşlarının təxliyə edilməsinə baxmayaraq, Nigerdəki bir neçə missiyasını saxlamaq niyyətindədir.

Ucnoqta.az xəbər verir ki, bu barədə İspaniyanın “El Pais” qəzeti Avropa mənbələrinə istinadən məlumat yayıb.

Nəşr iddia edir ki, Aİ-nin polisə təlim keçmək və sərhədləri qorumaq missiyası Afrika ölkəsində qalacaq. Bundan əlavə, Nigerdən humanitar missiyanın təxliyyə edilməsi planı yoxdur.

Avqustun 1-də Aİ-nin xarici siyasət sözçüsü Nabila Massrali bildirib ki, Aİ Nigerdəki missiyasının əməkdaşlarına ölkəni tərk etməyə icazə verib, lakin missiyanın təxliyəsi ilə bağlı rəsmi qərar qəbul edilməyib.

Xəbər xətti