"Erməni separatçılarının lideri Araik Arutunyan Azərbaycanın düşməni olsa da, son müsahibəsində hazırki reallıqları anladığı aydınlaşır".
Ucnoqta.az xəbər verir ki, bunu siyasi ekspert Elxan Şahinoğlu deyib.
"Bəli, onun da dediyi kimi Azərbaycanın məqsədi Qarabağda separatçılığa son qoymaq və bölgəni Azərbaycanın qanunlarına tabe etdirməkdir. Bunun üçün bütün imkanlardan istifadə edilir və ediləcək. Separatçıların ümid etdikləri 9 noyabr 2020-ci il bəyanatı Azərbaycanı durduracaq gücdə deyil. Rusiya Ukraynada bataqlığın içərisindədir. Arutunyan bunu da anlayıb" -ekspert qeyd edib.
Elxan Şahinoğlu qeyd edir ki, separatçıların lideri çıxılmaz vəziyyətə düşdüklərini etiraf edib, Rusiya və Qərbdən əlini üzüb:
"Bu Azərbaycanın separatçılara qarşı təzyiq siyasətini artırmasının doğru olduğunu göstərir".