Əfqanıstanda təhlükəsizlik məqsədilə bir neçə ABŞ və digər vətəndaş saxlanılıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Pajhwok” agentliyi “Taliban” radikal hərəkatının rəsmi nümayəndəsi Zabiullah Mücahidə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, hökumət istintaq başa çatan kimi həbs-qətimkan tədbirini müəyyən edəcək, saxlanılanların günahı sübuta yetirilməsə, onlar azadlığa buraxılacaq.
Saxlanılanların konkret sayı barədə məlumat verilmir. Taliban sözçüsü bəzi əcnəbilərin təhlükəsizlik səbəbi ilə həbs edildiyinə aydınlıq gətirib.