"PSJ" rəhbəri Mbappenin ona xəyanət etdiyini deyib

08:32 - 7 Avqust 2023 - İDMAN

"PSJ"-nin sahibi Nasser Al-Xelaifi fransalı hücumçu Kilian Mbappeni klubun əsas komandasına qaytarmaqdan imtina edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Le Parisien” məlumat yayıb.

Bildirilir ki, Paris klubunun rəhbəri futbolçunun yeni müqavilə imzalamaqdan imtina edərək ona xəyanət etdiyinə əmindir və buna görə onu bağışlamaq niyyətində deyil.

Mbappenin Fransa komandası ilə müqaviləsi 2023/24 mövsümünün sonuna kimi hesablanıb. Hücumçu "PSJ" ilə müqaviləsini 2025-ci ilə qədər uzatmaq variantından istifadə etməkdən imtina edib.

Nəşr xəbər verir ki, "Real Madrid" Mbappe "PSJ"dən ayrılmaq niyyətini açıqlayanda ona təklif verəcək.

Xəbər xətti