"İnter Mayami" "Dallas"ı penaltilər seriyasında məğlub edərək Liqa Kubokunun 1/4 finalına yüksəlib.
Ucnoqta.az xəbər verir ki, matçın əsas vaxtı 4:4 hesabı ilə heç-heçə başa çatıb, penaltilər seriyasında Mayami “İnter”inin futbolçuları daha dəqiq çıxıb – 3:5.
Argentinalı hücumçu Lionel Messi 6-cı dəqiqədə Jordi Albanın ötürməsi ilə hesabı açıb, 85-ci dəqiqədə qol vuraraq komandasını heç-heçə edib. Hücumçu penaltilər seriyasında da cəhdini qola çevirib.
Klubda keçirdiyi dörd oyunda yeddi qola imza ataraq, ardıcıl üçüncü dubla imza atıb.