Kral Norodom Sihamoni general-leytenant Hun Maneti ölkənin yeni baş naziri təyin edib.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, Hun Manet fərmana əsasən, Kral Hökumətinin 7-ci Nazirlər Şurasının yaradılması ilə məşğul olacaq.
Hazırda Kamboca Kral Silahlı Qüvvələrinin komandirinin müavini və quru qoşunlarının komandanı olan Hun Manet 38 ildir hakimiyyətdə olan baş nazir Hun Senin böyük oğludur.