Mərakeşdə avtobusun qəzaya uğraması nəticəsində azı 24 nəfər ölüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən Maghreb Arabe Press xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, qəza Əzilal vilayətində magistral yolda baş verib. Əyalətin qərbindəki Demnat şəhərinə gedən avtobus döngələrin birində aşıb.
Qəzanın səbəbləri araşdırılır.