"PSJ"nin braziliyalı hücumçusu Neymar "Barselona"ya qayıtmağa yaxındır.
Ucnoqta.az xəbər verir ki, bu barədə Mundo Deportivo məlumat yayıb.
Məlumatı Qətər şeyxi və jurnalist Məbhut Əl-Marri də təsdiqləyib. Qeyd olunur ki, keçid İspaniya yığmasından "PSJ"yə Usman Dembele keçdikdən sonra baş tutacaq.
Daha əvvəl məlum olmuşdu ki, Paris komandası hücumçu ilə 2023-cü ilin yayında ayrılmaq istəyir. Futbolçu "Barselona"ya keçmək üçün maaşını azaltmağa hazır olduğunu bildirib.