Çilidə 5,6 bal gücündə zəlzələ qeydə alınıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri təxminən 309 min nəfər əhalisi olan Antofaqasta şəhərindən 85 km şərqdə yerləşib. Mənbə 53 km dərinlikdə yerləşirdi.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.