Rsuiya ABŞ-nın MQ-9A PUA-sına görə Su-30 qırıcısını qaldırdı

19:28 - 5 Avqust 2023 - DÜNYA

Rusiya Aerokosmik Qüvvələrinin Su-30 qırıcısı Qara dəniz üzərində Amerikanın MQ-9A pilotsuz təyyarəsini müşayiət edib.

Ucnoqta.az xəbər verir ki, Rusiya Federasiyasının Müdafiəyə Nəzarət üzrə Milli Mərkəzinin məlumatına görə, Rusiya qırıcı təyyarəsi yaxınlaşdıqda, xarici kəşfiyyat pilotsuz təyyarəsi Rusiyanın dövlət sərhədindən geri dönüş həyata keçirib.
Bildirilir ki, 2023-cü il avqustun 5-də Rusiyanın Qara dəniz suları üzərindəki hava məkanına nəzarət edən vasitələri Rusiya Federasiyasının dövlət sərhədinə yaxınlaşan hava hədəfini aşkar ediblər. Hava hədəfini müəyyən etmək və Rusiya Federasiyasının dövlət sərhədinin pozulmasının qarşısını almaq üçün Su-30 qırıcısı havaya qaldırılıb.

Qeyd edilir ki, Rusiya qırıcısı yaxınlaşanda xarici kəşfiyyatçı pilotsuz uçan aparat Rusiyanın dövlət sərhədindən geri dönüş həyata keçirib.

Xəbər xətti