Sofiya - Varna sürətli sərnişin qatarı Bolqarıstanın şimalındakı Pavlikeni şəhəri yaxınlığındakı dəmir yolu keçidində minik vaqonuna çırpılıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Nova” telekanalı məlumat yayıb. İlkin məlumata görə, avtomobilin sürücüsü - qadın ölüb, qatarda olan sərnişinlər xəsarət almayıb.
Hadisə saat 14:00 radələrində siqnalizasiyanın işləməsinə baxmayaraq, avtomobil keçiddə olarkən baş verib. Polis hadisə yerindədir. Qatarın250-yə yaxın sərnişini avtobuslarla təyinat yerinə çatdırılacaq.