Bolqarıstan və ABŞ hərbi təlimlər keçirir

22:02 - 4 Avqust 2023 - DÜNYA

Bolqarıstanın Müdafiə Nazirliyi Trakya Yayı 2023 Hərbi Hava Qüvvələrinin ABŞ ilə birgə təlimlərinin keçirildiyini açıqlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Bolqarıstan Müdafiə Nazirliyi ölkəsinin ABŞ ilə birlikdə avqustun 20-dək davam edəcək Trakya Yayı 2023 hava qüvvələri təlimi keçirdiyini açıqlayıb.

Bolqarıstan Müdafiə Nazirliyinin məlumatına görə, təlimlərə “aşağı hündürlükdə taktiki uçuşlar, orta və aşağı hündürlükdə marşrut üzrə qrup uçuşlar, qoşunların və yüklərin daşınması, aşağı və orta hündürlükdən gecə-gündüz təlim və döyüş paraşütlə tullanmalar, hərəkətlər terrorçu qrupların zərərsizləşdirilməsi, tibbi təxliyə və s. daxildir.

Xəbər xətti