Gürcüstanda avqustun 7-si matəm günü elan edilib

19:31 - 4 Avqust 2023 - DÜNYA

Gürcüstanın baş naziri torpaq sürüşməsi nəticəsində insan tələfatı ilə əlaqədar avqustun 7-ni matəm günü elan edib

Ucnoqta.az Sputnik Gürcüstan-a istinadən xəbər verir ki, Gürcüstanın baş naziri İrakli Qaribaşvili avqustun 7-nin Raça yüksək dağlıq bölgəsindəki Şovi kurortunda baş verən sürüşmə zamanı insanların həlak olması ilə əlaqədar matəm günü elan edildiyini açıqlayıb.

Avqustun 3-də günorta saatlarında “Sunset Shovi” otelinin ərazisində torpaq sürüşməsi baş verib, nəticədə otelə gedən körpülər və yollar dağılıb. Hadisə yerində xilasetmə işləri davam edir.

Xəbər xətti