Gürcüstan dağlarında baş verən sürüşmə nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb
Ucnoqta.az xəbər verir ki, gürcü xilasediciləri sürüşmənin aşağı düşdüyü Raça dağlıq ərazilərində yerləşən Şovi kurort şəhərində daha dörd nəfərin cəsədini tapıblar. Respublika Daxili İşlər Nazirliyinin məlumatına görə, ölənlərin ümumi sayı 11-dir.
Axtarışlarda 400 xilasedici, polis nümayəndələri və kinoloqlar iştirak edir, helikopterlər, pilotsuz uçuş aparatları və xüsusi texnika cəlb olunub.