Litva Belarusla sərhəddə iki keçid məntəqəsini bağlayır
Ucnoqta.az xəbər verir ki, bu barədə Litvanın daxili işlər nazirinin müavini Arnold Abromaviçius deyib.
"Yaxın vaxtlarda iki nəzarət-buraxılış məntəqəsinin bağlanması ilə bağlı qərar qəbul olunacaq. Əgər bu gün Polşada bir nəzarət-buraxılış məntəqəsi varsa, deməli, bizdə onlardan 6-sı var. Profilaktik tədbirlərdən biri də altı keçid məntəqəsinin 4-ə endirilməsi olardı", - o deyib.