Dollar 95 rubla qədər bahalaşıb
Ucnoqta.az xəbər verir ki, avqustun 4-də keçirilən ticarət zamanı ABŞ valyutası yeni rekorda imza atıb - dolların məzənnəsi maksimum 95 rubla yüksəlib. Valyuta 28 mart 2022-ci ildən bəri ilk dəfə bu həddə çatıb.
Eyni zamanda, avronun məzənnəsi zirvədə 103,9 rubla çatıb. Daha sonra valyuta korreksiya edərək 103,6 rubl təşkil edib.