Almaniya hakimiyyəti may ayında Ukraynaya vəd etdiyi hərbi yardım paketinin çatdırılmasını gecikdirir.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Die Welt” qəzeti məlumat yayıb.
Nəşr xatırladır ki, Berlin may ayında - Ukrayna prezidenti Volodimir Zelenskinin səfəri ərəfəsində 2,4 milyard avro dəyərində yeni hərbi yardım tranşını elan edib. Məqalədə qeyd edilir ki, Berlin mümkün qədər tez yeni paketin bir hissəsi kimi silah tədarük edəcəyinə söz verib, lakin bu günə kimi “Ukrayna bundan az şey əldə edib”.
Eyni zamanda, bu Almaniya hökumətinin öz saytında müntəzəm olaraq yenilədiyi siyahı ilə böyük ölçüdə üst-üstə düşür. Rəsmi və qeyri-rəsmi mənbələr Berlinin yazda vəd etdiyi 110 tankdan yalnız 10-nu Kiyevə göndərdiyini təsdiqləyir. Welt onu da vurğulayır ki, Ukrayna artıq təhvil verilmiş iki sistemdən əlavə dörd IRIS-T raketdən müdafiə sistemi hələ də almayıb. May ayından bəri 20 Marder zirehli texnikasından heç biri, 18 Gepard özüyeriyən zenit silahından 12-si göndərilməyib.