İspaniya MSK hökumətin mətbuat katibini 4,7 min avro cərimələdi

14:07 - 4 Avqust 2023 - DÜNYA

İspaniya Mərkəzi Seçki Komissiyası (MSK) bələdiyyə və regional seçkilər ərəfəsində verdiyi açıqlamalara görə hökumət sözçüsü səlahiyyətlərini icra edən İzabel Rodriqesin cərimələnməsinə qərar verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə MSK-nın saytında məlumat verilib.

Cərimələrin ümumi məbləği 4,7 min avrodur. Şikayətləri Rodrigezin tərəfdarı olduğu İspaniya Sosialist İşçi Partiyasının ənənəvi rəqibi olan mühafizəkar Xalq Partiyası verib. Onun açıqlamaları Nazirlər Kabinetinin qərargahında mayın 28-də keçiriləcək seçkilərə az qalmış iki mətbuat konfransında səsləndirilib.

MSK sözçünün “qiymətləndirici və təşviqat xarakterli məzmunlu bəyanatlar” təqdim etməklə ümumi seçki rejimi haqqında qanunun maddəsini pozduğunu aktual hesab edib.

Xəbər xətti