"Araik Arutyunyan üçün halqa daralmaqdadır" - Ekspert

12:13 - 4 Avqust 2023 - SİYASƏT

Separatçıların lideri Araik Arutyunyan İkinci Qarabağ müharibəsindən sonra “vəzifəsindən” istefa verib bölgəni tərk etməyə hazırlaşırdı. Ancaq Ermənistandakı və Rusiyadakı müxtəlif siyasi mərkəzlər ona “izah” etdilər ki, indi “istefa” verməsin, çünki bununla durum daha çox Azərbaycanın xeyrinə dəyişəcək.

Ucnoqta.az xəbər verir ki, bunu siyasi ekspert Elxan Şahinoğlu bildirib. Onun sözlərinə görə, üstündən 3 ilə yaxın müddət keçib, Araik Arutunyan vəziyyətdən çıxış yolu tapa bilmir, bu mümkün də deyil, halqa onun üçün daralmaqdadır:

"Araik Arutunyan qaçmaq istəsə Qarabağı ancaq Rusiya helikopterində tərk edə bilər. Araik Arutyunyanın Ağdam-Əsgəran yoluna daş düzməsi, binasının həyətində bir neçə gün çadırda etiraz etməsi və erməniləri avtobuslara doldurub Laçın sərhəd-keçid məntəqəsinə etiraza göndərməsi son “güllələridir”".

"Ermənistandan əli üzülən Arutunyan Rusiyadan Azərbaycana qarşı hərəkət gözləyir. Bunun qarşısını isə diplomatik kanallarla Bakı və Ankara almalıdır" - Elxan Şahinoğlu qeyd edib.

Xəbər xətti