PKK-nı silahla təmin edən şəxs zərərsizləşdirilib - FOTO

11:31 - 4 Avqust 2023 - DÜNYA

Türkiyə MİT İraqın şimalındakı Sincarda terror təşkilatı üzvlərini silah və sursatla təmin edən PKK-nın sözdə baş kuryer zabiti Yılmaz Bayramı zərərsizləşdirib.

Ucnoqta.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Milli Kəşfiyyat Təşkilatı (MİT) Sincarda keçirdiyi əməliyyatla terror təşkilatı üzvlərinə silah-sursat verən PKK-nın qondarma baş kuryeri, "Agit Gever" kod adlı Yılmaz Bayramı zərərsizləşdirib.

Təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, terrorçu Yılmaz Bayram 2011-2016-cı illərdə Hakkaridə təhlükəsizlik qüvvələrinə və mülki şəxslərə qarşı, 2015-ci ildə isə aksiyalarda iştirak edib.

İraqın şimalında Sincar və Soran, Suriyanın şimalında isə Haseke, Rumeylan və Qamışlıda terror aksiyalarına qatılan Bayram MİT tərəfindən hədəf siyahısına salınıb.


Xəbər xətti