"Orlando"nun baş məşqçisi Oskar Pareja "İnter Mayami" ilə kubok matçının hakimini tənqid edib
Ucnoqta.az xəbər verir ki, bu barədə Goal nəşri yazıb. Baş məşqçinin fikrincə, Lionel Messini meydandan kənarlaşdırmalı idi.
“Bu gün sirk idi. Messi ikinci sarı vərəqə almalı idi. Onun Messi olub-olmaması mənə maraqlı deyil. Penalti qərarı və digərləri də gülməli idi. Çox əsəbiləşdik və özümüzü bərpa etməyə çalışdıq. Bu oyunda baş verməməli olan bəzi hallar var idi”, - Pareja bildirib.
Qeyd edək ki, oyun "İnter"in 3:1 hesablı qələbəsi ilə başa çatıb. Messi dubla imza atıb.