Nigerdə hakimiyyəti ələ keçirən üsyançılar prezident Məhəmməd Bazumun devrilməsindən sonra iyulun 26-da ölkədə tətbiq edilən komendant saatının ləğv edildiyini elan ediblər
Ucnoqta.az xəbər verir ki, bu barədə ActuNiger internet portalı yazıb.
Məlumata görə, 2023-cü il iyulun 26-dan tətbiq edilən komendant saatı bu gündən rəsmən ləğv edilib.
Keçən həftə Prezident Qvardiyasının üzvləri iğtişaşlar törədib, milli televiziyaya çıxıb və dövlət başçısı Mohamed Bazumun vəzifəsindən kənarlaşdırıldığını, sərhədlərin bağlandığını və komendant saatı tətbiq olunduğunu elan edib. Bundan əvvəl döyüşçülər paytaxt Niameydəki prezident sarayının qarşısını kəsiblər.
Mohamed Bazum hələ də iqamətgahda saxlanılır.