İŞİD lideri məhv edildi

22:44 - 3 Avqust 2023 - DÜNYA

"İslam Dövləti"nin Əbu əl-Hüseyn əl-Quraşi ləqəbli lideri Suriyanın İdlib əyalətində baş verən qarşıdurma zamanı öldürülüb.

Ucnoqta.az xəbər verir ki, onun ölümü ilə bağlı məlumat İŞİD sözçüsü tərəfindən cümə axşamı Telegram-da yerləşdirilən audio yazıda yer alıb.

Onun Əl-Qaidə ilə əlaqəsi olan “Həyat Təhrir əş-Şam” cihadçı qruplaşması ilə döyüşdə öldüyü bildirilir.

Əl-Kürəşinin dəqiq ölüm tarixi göstərilmir. Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə xüsusi xidmət orqanlarının onu bir neçə ay əvvəl Suriyada məhv etdiyini bildirmişdi.

Əbu Həfsa əl-Haşimi əl-Quraşi İŞİD-in lideri təyin edilib.

Xəbər xətti