Blinken BMT TŞ-da taxıl sazişinin bərpası üçün çıxış edib

19:42 - 3 Avqust 2023 - DÜNYA

ABŞ dövlət katibi Entoni Blinken taxıl sazişinin bərpasına çağırıb.

Ucnoqta.az xəbər verir ki, Blinken bu barədə BMT Təhlükəsizlik Şurasındakı çıxışı zamanı deyib. 

"Qara Dəniz Taxıl Təşəbbüsü qidaya ehtiyacı olanlar üçün dünya bazarlarına çatdırılmasında konkret, nəzərəçarpacaq, güclü nəticələr göstərdi. Biz Türkiyə və BMT-nin taxıl müqaviləsini yenidən başlatmaq üçün göstərdiyi səyləri yüksək qiymətləndiririk" - o, qeyd edib.

Blinken həmçinin bildirib ki, anti-Rusiya sanksiyaları qida və gübrələrə şamil edilmir.

Xəbər xətti