Şahzadə Diananın yaxtası Fransa sahillərində batıb

12:33 - 3 Avqust 2023 - DÜNYA

Britaniya şahzadəsi Diananın (1961-1997) misirli milyarder Dodi Əl-Fayedin (1955-1997) oğlu ilə Sen-Tropezdə istirahət etdiyi Cujo yaxtası Fransanın Aralıq dənizinin cənub-şərq sahillərində batıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “The Times” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Parisdə avtomobil qəzasında ölməzdən bir neçə həftə əvvəl üzərində olduqları gəmi Kot d'Azur sahillərində naməlum obyektlə toqquşduqdan sonra dəlik açıb. Bu zaman yaxtanın göyərtəsində 7 nəfər olub, xəsarət alan olmayıb.

Xəbər xətti