Tayvanda raket silahlarının hazırlanması üzrə hərbi tədqiqat bazasında təsadüfən yanğın baş verib.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, 4 nəfər yaralanıb.
Məlumata görə, Tayvanın cənubundakı Jiupenq bazasında tədqiqat və sınaq işləri adanın silahlı qüvvələrinin ehtiyacları üçün inkişaflar həyata keçirən Zhongshan Elm və Texnologiya İnstitutu tərəfindən həyata keçirilir.
Bütün zərərçəkənlər xəstəxanaya yerləşdirilib. Bir nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Zhongshan Elm və Texnologiya İnstitutunun açıqlamasında yanğına raket yanacağının alışması səbəb olub.