Ebeko vulkanı 3,5 kilometr hündürlüyə kül atıb
Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, Kuril Ebeko vulkanında 3,5 kilometr hündürlükdə kül emissiyasını qeydə alıblar.
“Avqustun 3-də günorta saatlarında Rusiya Fövqəladə Hallar Nazirliyinin Saxalin vilayəti üzrə Baş İdarəsinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ebeko vulkanında kraterdən 3,5 kilometr hündürlüyə kül atılması barədə məlumat daxil olub. şleyf cənub-şərq istiqamətində beş kilometrdən çox məsafəyə yayılıb”, nazirliyin açıqlamasında bildirilir.
Dispetçerlərin bildirdiyinə görə, Severo-Kurilskdə kül düşməsi müşahidə edilməyib, hidrogen sulfid qoxusu da olmayıb.