Avstraliyada qəzaya uğrayan hərbi helikopterin ekipajının qalıqları tapılıb

09:00 - 3 Avqust 2023 - DÜNYA

Avstraliyada qəzaya uğrayan Taipan hərbi helikopterinin ekipajının qalıqları tapılıb

Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Birgə Əməliyyat Komandanlığının rəhbəri general-leytenant Qreq Beylton deyib.Məlumata görə, xilasedicilər "Talisman Saber" təlimi zamanı MRH-90 Taipan helikopterinin qəzaya uğraması nəticəsində həlak olan Avstraliya Hərbi Hava Qüvvələrinin şəxsi heyətinin qalıqlarını çıxarıblar.

Onun sözlərinə görə, “MRH90 Taipan"ın ekipajına aid olduğu güman edilən qalıqlar Kvinslend ştatında Uitsundays arxipelaqında qəzaya uğrayan Avstraliya ordusuna məxsus helikopterin qalıqlarının axtarışı zonasında tapılıb. 

Bildirilir ki, çox güman ki, qəzaya uğrayan təyyarənin ekipajına aid olan qalıqlar helikopterin zədələnmiş kokpitində aşkar edilib və onun böyük dərinliklərdə olduğu ortaya çıxıb. Helikopterin qalıqlarının qalan hissəsi də orada tapılıb, lakin axtarış əməliyyatı zamanı onun qara qutusunu tapmaq hələ ki mümkün olmayıb. 

Avstraliyaya məxsus helikopter iyulun 28-də Hamilton adasında ABŞ hərbçiləri ilə birgə “Talisman Saber 2023” təlimi çərçivəsində həyata keçirilən təlim missiyası zamanı qəzaya uğrayıb. Helikopterdə dörd ekipaj üzvü olub.

Xəbər xətti