"Barselona"nın prezidenti Joan Laporta Səudiyyə Ərəbistanından komandalara keçən futbolçuları tənqid edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə CNN yazıb.
“Futbolçu, ona bütün hörmətlə, Səudiyyə Ərəbistanına getməyi seçəndə, bu, əsasən idman səbəbləri ilə bağlı deyil. Prioritet sayılan başqa səbəblər də var. Futbol prioritet olmalıdır, idman səbəbləri prioritet olmalıdır”, - Laporta bildirib.
Xatırladaq ki, yay transfer pəncərəsində Səudiyyə Ərəbistanı komandalarına Kərim Benzema, Sadio Mane, Fabinyo, Malkolm, Ruben Neves, Sergey Milinkovic-Saviç, Riyad Mahrez, Cordan Henderson, N'Qolo Kante və digər məşhur futbolçular keçib.