10 nəfərin ölümünə səbəb olan sürücüyə 63 ittiham irəli sürülüb

08:21 - 3 Avqust 2023 - DÜNYA

Avstraliyanın Yeni Cənubi Uels əyalətində polis 10 nəfərin ölümü, 11 nəfərin isə ağır yaralanması ilə nəticələnən avtobus qəzasında iştirak edən sürücüyə qarşı 63 ittiham irəli sürüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə ABC Yayım Korporasiyası departamentdəki mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, 2023-cü il iyunun 12-də Hunter Valley bölgəsində toy qonaqlarını daşıyan avtobus sürücüsü Brett Andrew Button, sərnişinlərin xəsarət alması və ya ölümü ilə nəticələnən təhlükəli sürücülük və səhlənkarlıq ilə bağlı 38 cinayətdə ittiham olunub. Digər 25 ittiham isə “sərnişinlərə xəsarət və ağır bədən xəsarəti yetirməyə səbəb olan davranış pozuntuları” ilə bağlıdır.

Daha əvvəl zaminə buraxılan Buttonun 9 avqust 2023-cü ildə məhkəmə qarşısına çıxacağı gözlənilir.

Xatırladaq ki, Hunter Valley bölgəsindəki şərab zavodlarından birinin ərazisində qeyd olunan toya 39 qonağı gətirən avtobusun qəzası 2023-cü il iyunun 12-nə keçən gecə baş verib. Sidneyə gedən sürətli yolda, Qreta şəhərinin çıxışında avtobus sürücüsü idarəetməni itirərək yoldan çıxaraq xəndəyə aşıb.

Qəza nəticəsində avtobusun 10 sərnişini hadisə yerində ölüb, daha 11 nəfər ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, 18 nəfərə yerindəcə tibbi yardım göstərilib. Qəza zamanı 58 yaşlı sürücü xəsarət almayıb və tibbi müayinədən sonra polis bölməsinə aparılıb.///tass

Xəbər xətti