Dünya Bankı Nigerdəki çevrilişlə bağlı özəl sektordakı proqramlar istisna olmaqla, bütün əməliyyatlar üçün bu ölkəyə vəsaitin ayrılmasını dayandırdığını elan edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Kredit təşkilatı Nigerin demokratik yolla seçilmiş hökumətini devirmək cəhdlərindən narahat olduğunu bildirib.
Bundan əvvəl Avropa İttifaqının Xarici İşlər Nazirliyinin rəhbəri Josep Borrell bütün Aİ ölkələrinin vətəndaşlarının Nigerdən təxliyə edildiyini açıqlamışdı.